Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində jurnalistlərin ən yaxın dostu olub və onlara böyük etimad göstərib.
"Jurnalistika peşəsinə daim yüksək qiymət verib. Onun jurnalistlərlə təması, müxtəlif ünsiyyətləri, mediaya münasibəti bir nümunədir. Bu gün də Azərbaycan jurnalistləri Ulu Öndərin parlaq və işıqlı duyğularını xatırlayırlar", - Natiq Məmmədli əlavə edib.