Bakı. Trend:
Britaniyanın bp neft-qaz şirkəti Liviyanın milli neft korporasiyası (NOC) ilə saziş bağlayıb. Həmin saziş şirkətə ölkənin nəhəng neft potensialını qiymətləndirməyə və yataqların işlənməsi ilə bağlı perspektivlərini araşdırmağa kömək edəcək.
Trend xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“bp şirkəti Sirt hövzəsində olan nəhəng Sərir və Messlə neft yataqlarının təkrar işlənməsi imkanlarını qiymətləndirmək üçün Liviyanın milli neft korporasiyası ilə Anlaşma Memorandumu imzalayıb”, - məlumatda deyilir.
Mütəxəssislər, eyni zamanda, yataqlara yaxın ərazilərdəki potensialı və qeyri-ənənəvi karbohidrogen ehtiyatlarını qiymətləndirmək niyyətindədirlər. Söhbət şist neftindən, şist qazından, metan və bir sıra başqa enerji daşıyıcılarından gedir.