...

Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılacaq

Mədəniyyət Materials 8 İyul 2025 09:14 (UTC +04:00)
Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılacaq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Kiçik Mərdəkan qəsri tarixi abidəsində bərpa işlərinə başlanılacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, bərpa işlərinin 2025-ci il ərzində başlanılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb

Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti