...

Ermənistanda eyni vaxtda 51 ünvanda axtarışlar aparılıb

Dünya xəbərləri Materials 8 İyul 2025 12:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda davam edən siyasi gərginlik fonunda İstintaq Komitəsi 51 ünvanda eyni vaxtda axtarış aparıb və 11 şəxsə qarşı cinayət təqibi başladıb.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Axtarışlar bir neçə şirkətin fəaliyyətinə faktiki rəhbərlik etmiş şəxslər tərəfindən uydurma əsaslar yaradılması, xüsusilə böyük miqyasda dələduzluq yolu ilə mənimsəmə, iri həcmdə çirkli pulların yuyulması və iri məbləğdə vergi ödəməkdən yayınma halları ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilir.

“Cinayət işi üzrə aparılan ilkin istintaq zamanı 11 şəxs barəsində ictimai cinayət təqibinə başlamaq barədə qərar qəbul olunub. Onlardan 5 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Daha bir nəfər ölkədən çıxmamaq barədə iltizamla sərbəst buraxılıb, bir nəfər barəsində isə həbs üçün məhkəməyə vəsatət təqdim olunub. Dörd nəfər isə axtarışa verilib”, – deyə qurumun məlumatında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti