Bakı.Trend:
Xaçmazda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xaçmaz Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 50 yaşlı Cəlal Dadaşov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 11 kiloqram olan 601 ədəd çətənə (kannabis) kolu və narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, C.Dadaşovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.