...

Qəzzada yolda partlayış - İsrail hərbçiləri həlak oldu

Dünya xəbərləri Materials 8 İyul 2025 10:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağının şimalında ötən gecə yola yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində beş israilli əsgər həlak olub, 14-ü yaralanıb.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Həlak olan əsgərlərdən ikisinin adı açıqlanıb: (Baş çavuş Meir Şimon Amar, 20 yaş; Çavuş Moşe Nissim Freç, 20 yaş) Onlar hər ikisi Kfir briqadasının "Netzah Yehuda" batalyonunda xidmət edirdilər.

İsrail Müdafiə Qüvvələrinin ilkin araşdırmasına görə, əsgərlər bazar ertəsi saat 22:00 radələrində Beit Hanun ərazisində aparılan quru əməliyyatları zamanı yolun kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olublar. Əsgərlər hadisə zamanı nəqliyyat vasitəsində deyil, piyada olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti