...

Karapetyan Paşinyanın mətbuat katibini məhkəməyə verib

Dünya xəbərləri Materials 8 İyul 2025 11:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir müddət əvvəl Ermənistanda saxlanılmış rusiyalı biznesmen Samvel Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan, onun aparat rəhbərinin müavini Taron Çaxoyan və politoloq Arutyun Mkrtçyanı məhkəməyə verib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Şikayət ərizəsində Karapetyan hər üç şəxsdən ünvanına yönəlmiş böhtan xarakterli iddiaların açıq şəkildə təkzib edilməsini və mənəvi ziyana görə hər birindən 9 milyon dram (təxminən 23 min ABŞ dolları) məbləğində təzminat tələb edir.

Biznesmen Nazeli Bağdasaryandan xüsusilə 17 və 24 iyun tarixlərində "Facebook" səhifəsində yazdığı paylaşımlar üçün ictimai üzr istəməyi tələb edir. Həmin paylaşımların birində Bağdasaryan Karapetyanı Müqəddəs Eçmiədzin kilsəsində onun portretinin yerləşdirilməsinə istinad edərək, “özünü müqəddəs elan etmiş şəxs” adlandırmış və iddia etmişdi ki, o, başqa bir ölkənin tapşırığı ilə Ermənistanın daxili siyasətinə müdaxilə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti