...

Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkarlayıb - ABŞ şirkəti məlumatlandırılıb

İqtisadiyyat Materials 8 İyul 2025 11:27 (UTC +04:00)
Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkarlayıb - ABŞ şirkəti məlumatlandırılıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edilib.

Trend bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənərək ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alınıb.

Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı olan və ABŞ-nin Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılıb.

Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60.000-dən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2976

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2977

Xəbər lenti

Xəbər lenti