...

ABŞ ilə İran arasında danışıqlar gələn həftə baş tuta bilər

Dünya xəbərləri Materials 8 İyul 2025 05:12 (UTC +04:00)
ABŞ ilə İran arasında danışıqlar gələn həftə baş tuta bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ilə İran arasında danışıqlar böyük ehtimalla gələn həftə baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"[Bu görüş] tezliklə [baş tutacaq]. Ola bilər ki, gələn həftə", - deyə o, Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdə deyib.

ABŞ prezidenti Donald Tramp öz növbəsində İranın görüşmək istədiyini bildirib. O əlavə edib ki, danışıqlar nəticəsində “hər hansı bir addımı kağız üzərində rəsmiləşdirmək mümkün olsa, bu, yaxşı olardı".

"Düşünürəm ki, onlar bizə, İsrailə isə hörmət bəsləməyə başlayıblar. Onlar görüşmək istəyirlər, biz də görüşəcəyik", - deyə ABŞ prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti