Bakı.Trend:
Yabanı halda bitmiş 1856 çətənə kolu məhv edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də ümumi çəkisi 2,5 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.