...

Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı (VİDEO)

Hadisə Materials 8 İyul 2025 09:30 (UTC +04:00)
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən növbəti əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində marixuana və tiryək aşkarlanıb.

Trend-in xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti