...

Paşinyan erməni kilsəsini "azad edəcəyinə" söz verib

Dünya xəbərləri Materials 8 İyul 2025 09:59 (UTC +04:00)
Paşinyan erməni kilsəsini "azad edəcəyinə" söz verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda son günlər kilsə ilə siyasi rəhbərlik arasında yaşanan çəkişmələr fonunda ölkənin baş naziri Nikol Paşinyan növbəti dəfə bütün ermənilərin katolikosu və digər yüksək vəzifəli erməni ruhaniləri tənqid atəşinə tutub.

Trend xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, dini simvolların və müqəddəs yerlərin mənəvi anlamı itirilib və bu məkanlar artıq qeyri-xristian dəyərləri daşıyan qüvvələrin nəzarətindədir.

“Bütün mübahisələrin fövqündə, bu müddət ərzində ən vacib məqam üzə çıxdı – İsa Məsihin, Onun təlimlərinin Ktriç Nersisyan (II Qaregin), Vazgen Qalstanyan, Gevorq Ajapaxyan və digərləri ilə heç bir əlaqəsinin və bağlılığının olmaması. İsa Məsihin evi, Vəhdətin eniş yeri, anti-Məsih, əxlaqsız, antimilli və antidövlətçi bir qrup tərəfindən zəbt olunub və azad edilməlidir. Bu azadlığa mən rəhbərlik edəcəyəm”, - Paşinyan yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti