Bakı. Trend:
İspaniyanın Pamplone şəhərində keçirilən San-Fermin festival;nda ənənəvi öküz qaçışı zamanı səkkiz nəfər yaralanıb.
Trend xəbər verir ki bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, qaçış zamanı yaralanmış səkkiz nəfər xəstəxanaya çatdırılıb. Zərərçəkənlərin hər birinin yaşı 25-dən yuxarı olub. Ən ağır yaralanmış şəxsi hiddətlənmiş öküz buynuzu ilə qaldıraraq yerə çırpıb.
Qeyd edək ki, San-Fermin festivalı Pamplona şəhərində hər il 6-14 iyul tarixlərində keçirilir. Ənənəvi olaraq bu müddət ərzində “ensyerro” adı ilə məşhur olan 12 öküzlə qaçış yerinə yetirilir.