Bakı. Trend:
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Xorvatiyanın “Hayduk” komandası heyətinə yeni futbolçu qatıb.
Trend xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, Split təmsilçisi 29 yaşlı sağ cinah müdafiəçisi Fran Karaçiçi transfer edib.
Futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.