Bakı. Trend:
“TALAY”ın yeni modeli nümayiş etdiriləcək.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, Türkiyə istehsalı olan və dünyada yerə ən yaxın məsafədən uça bilən çoxməqsədli “TALAY” adlı pilotsuz uçuş aparatının (PUA) istehsala hazır yeni modeli bu il 22-27 iyul tarixlərində İstanbulda keçiriləcək 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2025) ilk dəfə nümayiş etdiriləcək.
Suya ən yaxın məsafədə uçma qabiliyyəti əsasında təkmilləşdirilmiş “TALAY” müdafiə, hücum və yayındırma proseslərində effektiv bir vasitə kimi fəaliyyət göstərəcək. Qatlanan qanadları olan bu PUA 30 kiloqrama qədər sensor və ya sursat daşıma qabiliyyətinə malikdir.
“TALAY”ın 2026-cı ilin oktyabr ayında kütləvi istehsalına başlanılması planlaşdırılır.