...

Fransa əhalisinin 15 faizdən çoxu yoxsulluq həddindən aşağı yaşayır - KİV

Dünya xəbərləri Materials 8 İyul 2025 19:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada yoxsulluq səviyyəsi rekord həddə çatıb və təxminən 10 milyon insana təsir edir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Statistika və İqtisadi Təhlil Milli İnstitutu (İNSEE) məlumat yayıb.

Məlumata görə, azaldılmış yardım və hər zaman inflyasiyaya uyğun gəlməyən maaşlar bu vəziyyətə səbəb olan amillərdəndir. Fransızların həyat səviyyəsi ilə bağlı bu araşdırmada statistik göstəricilər diqqəti cəlb edir.

Qeyd edilir ki, Fransada əhalinin 15 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır, yəni ayda 1288 avro alır. 2023-cü ildə bu, əsasən işsiz, eyni zamanda uşaqlar da daxil olmaqla, tək valideynli ailələrdən ibarət 10 milyona yaxın fransızı əhatə edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti