...

Baş nazir Pakistan Milli Assambleyasının sədri ilə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib

Siyasət Materials 8 İyul 2025 18:17 (UTC +04:00)
Baş nazir Pakistan Milli Assambleyasının sədri ilə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 8-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb.

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd edilərək Azərbaycan və Pakistanın qanunverici orqanları arasında qurulmuş qarşılıqlı faydalı əlaqələrin dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına müsbət töhfə verdiyi bildirilib.

Görüş zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti