Xocalı. Trend:
Xocalı rayonunun Ballıca kənd sakini Hümbətov İsmayıl Kənan oğlu müddətli hərbi xidmətini başa vurduqdan sonra öz doğma torpağa Xocalı rayonunun Ballıca kəndinə qayıdıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsindən Trend-ə verilən xəbərə görə, İsmayıl Hümbətov məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Gəncə şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.
Bildirilir ki, İ. Hümbətov Laçın rayonunda yerləşən Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsində xidmət edib. Ali təhsilli gənc bir illik hərbi xidmətini uğurla başa vurub, kiçik çavuş rütbəsi alıb.
O, hərbi xidmət keçdiyi dövrdə ailəsi doğma kəndlərinə Xocalı rayonunun Ballıca kəndinə köc edib. Hərbi xidmətini başa vuran İsmayıl Hümbətov da bu gün birbaşa doğma yurda dönüb.
Özünü ata-baba yurdunda daha da güclü sayan gənc bildirib ki, onun üçün uzun illərin torpaq həsrəti bu gün bu torpağa ayaq basdığı gün bitdi.