...

Azərbaycandan Belçikaya pul axını 62% artıb

İqtisadiyyat Materials 8 İyul 2025 17:22 (UTC +04:00)
Azərbaycandan Belçikaya pul axını 62% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Belçikaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 832 min ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 318 min ABŞ dolları və ya 61,9% çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Belçikanın payı 0,7% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan Belçikaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 514 min ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti