...

Portuqaliyada beynəlxalq turnirdə gimnastlarımız uğurlu nəticələr göstəriblər

İdman Materials 8 İyul 2025 21:25 (UTC +04:00)
Portuqaliyada beynəlxalq turnirdə gimnastlarımız uğurlu nəticələr göstəriblər

Bakı. Trend:

5-7 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.

Trend xəbər verir ki, turnirdə milli komandamızın üzvləri iştirak edərək uğurlu nəticələr göstəriblər.

Batut gimnastikası üzrə fərdi proqramda:

Selcan Mahsudova - 54.720 xal, I yer
Məhəmməd Həsənli - 47.410 xal, I yer
Aylin Ağazadə - 45.270 xal, III yer

İkili-mini batut proqramı üzrə:

Fərhad Mustafayev - 22.000 xal, II yer

Tamblinq üzrə:

Sənan Rzazadə - 85.600 xal, I yer
Hüseyn Əsədullayev - 23.500 xal, II yer

Xəbər lenti

Xəbər lenti