Bakı. Trend:
ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir.
Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən Nazirlər Kabinetinin iclasında deyib.
İclasda çıxış edən Marko Rubio, Donald Trampın prezident vəzifəsinə başlamasından bəri baş vermiş bir sıra mühüm qlobal hadisələri vurğulayıb.
“Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi kifayət qədər tez bir zamanda əldə olunacaq”, – deyə o qeyd edib.