Bakı. Trend:
"Napoli" "Liverpul"un hücumçusu Darvin Nunesi transfer etmək istəyir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, İtaliya çempionu uruqvaylı futbolçu üçün "qırmızılar"a 50 milyon avroluq rəsmi təklif göndərib.
Məlumata görə, İngiltərə klubu bu təklifi qəbul etməyib. "Napoli" 26 yaşlı forvard üçün növbəti dəfə onun klubuna müraciət edəcək.
Qeyd edək ki, "Liverpul" Darvin Nunesi 2022-ci ilin yayında "Benfika"dan 85 milyon avroya transfer edib.