...

Parisdə Azərbaycan səfirliyinin binasına hücum edən radikal erməni millətçilərinin cəzası ağırlaşdırıldı

Siyasət Materials 8 İyul 2025 21:28 (UTC +04:00)
Parisdə Azərbaycan səfirliyinin binasına hücum edən radikal erməni millətçilərinin cəzası ağırlaşdırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə Azərbaycan səfirliyinin binasına hücum edən radikal erməni millətçilərinin cəzası ağırlaşdırıldı.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyindən bildirilib.

"8 iyul 2025-ci il tarixində Paris Apellyasiya Məhkəməsi radikal erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin binasına edilmiş hücum ilə bağlı birinci məhkəmə instansiyasının qərarı ilə müəyyən edilmiş cəzanı daha da ağırlaşdırmışdır.

Məlum olduğu kimi, 18 sentyabr 2022-ci il tarixində radikal erməni qrupları tərəfindən Parisdə Azərbaycan Səfirliyinə qarşı hücüm aktı həyata keçirilmiş və nəticədə diplomatik nümayəndəliyin binasına zərər yetirilmişdir. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Paris Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə hücumun əsas təşkilatçısı “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza və cərimə müəyyən edilmişdir.

Qarşı tərəf birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq, Apellyasiya məhkəməsinə müraciət etmiş və müvafiq məhkəmə iclası cari ilin 10 iyun tarixində baş tutmuşdur. Apellyasiya məhkəməsinin 8 iyul tarixində elan etdiyi qərarla birinci instansiya məhkəməsi tərəfindən qərara alınmış 6 aylıq şərti cəzanın müddəti 2 dəfə artırılaraq 12 ay müəyyən edilmiş, əlavə cəza olaraq L.Tufanyana 5 il müddətinə silah saxlamaq və gəzdirmək qadağan edilmiş, həmçinin cərimə məbləği də artırılmışdır.

Paris Apellyasiya Məhkəməsinin bu qərarını gələcəkdə bu kimi halların qarşısının alınması baxımından mühüm addım kimi qiymətləndiririk", - deyə məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti