Bakı. Trend:
Karlo Ançelottinin oğlu Davide Ançelotti "Botafoqo"nun baş məşqçisi olub.
Trend xəbər verir ki, Braziliya klubu 35 yaşlı mütəxəssis Davide Ançelottinin baş məşqçi təyin olunduğunu rəsmi şəkildə açıqlayıb. Müqavilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulub.
Qeyd olunurdu ki, Davide Braziliya millisində atasının rəhbərlik etdiyi komandada köməkçi məşqçi vəzifəsini tərk edəcək.