...

"Benfika"nın müdafiəçisi "Real"a keçəcək

İdman Materials 9 İyul 2025 05:29 (UTC +04:00)

Bakı. Trend:

"Benfika"nın müdafiəçisi Alvaro Karerras "Real"a keçməyə yaxındır.

Trend xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Madrid klubu 22 yaşlı ispaniyalı futbolçunun transferi ilə bağlı demək olar ki, tam razılığa gəlib. Müqavilə klublararası dünya çempionatı başa çatdıqdan sonra rəsmiləşdirilə bilər. Karerras hələ iyun ayında "Real"la şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.

Müdafiəçi 2024/25 mövsümündə "Benfika"nın heyətində 50 matç keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Onun "Benfika" ilə müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir. "Transfermarkt" məlumatına görə, Karerrasın bazar dəyəri 35 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti