...

Klublararası dünya çempionatının ilk finalçısı bəlli oldu

İdman Materials 9 İyul 2025 01:53 (UTC +04:00)
Klublararası dünya çempionatının ilk finalçısı bəlli oldu

Bakı. Trend:

Klublararası dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə "Fluminense" "Çelsi" ilə qarşılaşıb. İngiltərə təmsilçisi görüşdən 2:0 hesablı qələbə ilə ayrılaraq adını finala yazdırmağı bacarıb.

Qeyd edək ki, digər yarımfinal görüşü isə sabah baş tutacaq. PSJ "Real"ı sınağa çəkəcək. Matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.

8 iyul

Yarımfinal matçı

23:00 "Fluminense" - "Çelsi" 0:2

Qollar: J.Pedro,18, 56

Xəbər lenti

Xəbər lenti