Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin Andrey Nikitinin nəqliyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.
Sənəddə qeyd olunur ki, Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin.
Qeyd edək ki, iyulun 7-də Putin Nikitinlə görüşüb və onu karyerasında daha bir addım atmağı və nazir səlahiyyətlərini icra etməyi təklif edib. Daha sonra namizədlik Dövlət Duması tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.