...

Qanunsuz ov hallarına görə bu il tətbiq olunan cərimələrin məbləği açıqlanıb

Cəmiyyət Materials 8 İyul 2025 17:47 (UTC +04:00)
Qanunsuz ov hallarına görə bu il tətbiq olunan cərimələrin məbləği açıqlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Qanunsuz ov hallarına görə bu ilin ötən müddəti ərzində ümumilikdə 103 050 manat məbləğində cərimə tətbiq olunub.

Bu barədə Trend-in sualına cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, qanunsuz ovetmə faktları Cəlilabad, İmişli, Neftçala, Lənkəran, Tovuz, Biləsuvar, Salyan, Xızı, Xaçmaz, Biləsuvar, Ağcabədi rayonlarında, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ərazisində qeydə alınıb.

Qeyd edək ki, qanunsuz ovla bağlı cərimə ilə yanaşı, ov hüququnun məhdudlaşdırılması cəzası da tətbiq edilə bilər. Belə ki, ov qaydalarını kobud şəkildə pozan şəxslərin altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti