...

Daha 16 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Materials 8 İyul 2025 16:58 (UTC +04:00)
Daha 16 nəqliyyat vasitəsi özəlləşdirildi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 16 nəqliyyat vasitəsi satılıb.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Belə ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 8.500 manat olan “Nissan Sunny” markalı avtomobil 10.800 manata, 8.200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10.700 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Mzggr linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 15, 22 və 29 iyul tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3Mzgiw linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti