Bakı. Trend:
ABŞ-nin Texas ştatında daşqın nəticəsində 109 nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə Texas ştatının qubernatoru Qreq Ebbot bildirib.
Qubernator əlavə edib ki, 161 nəfər itkin düşüb.
Məlumata əsasən, ən çox ölüm halları Kerr dairəsində qeydə alınıb.
Qeyd edək ki, daşqınlarla bağlı xilasedici və axtarış işləri davam edir. Ştatda fövqəladə vəziyyət rejimi tətbiq olunub.