...

Azərbaycan OPEC-in Beynəlxalq Seminarında iştirak edir

İqtisadiyyat Materials 9 İyul 2025 05:15 (UTC +04:00)
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında iştirak edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstriyanın paytaxtı Vyanada yerləşən Hofburq sarayında OPEC-in 9-cu Beynəlxalq Seminarı öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan nümayəndə heyəti də təmsil olunur.

Seminarın əsas mövzusu “Birlikdə yol xəritəsi tərtib edərək: qlobal enerjinin gələcəyi” adlanır. İki gün davam edəcək tədbir çərçivəsində enerji sahəsinin inkişafına həsr olunmuş 12 müxtəlif sessiya təşkil olunacaq.

Seminarın ilk günündə iştirakçılar neft bazarındakı mövcud vəziyyəti və gələcək proqnozları, enerji sahəsinin maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrdə enerji çatışmazlığının aradan qaldırılması yollarını müzakirə edəcəklər.

İkinci gün isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un sədri Muxtar Babayev və Braziliya Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə katibi, COP30-un sədri Andre Korrea iştirak edəcəklər.

Həmin gün həmçinin OPEC-in neft bazarına dair uzunmüddətli proqnozuna həsr olunmuş sessiya keçiriləcək. Bu hesabat hər il dərc olunur və seminar zamanı OPEC-in Baş katibi tərəfindən təqdim ediləcək. Tədbirin digər sessiyalarında isə dayanıqlı inkişaf və enerji sahəsində innovativ texnologiyaların tətbiqi mövzuları müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti