Bakı. Trend:
Fransanın ikinci ən böyük şəhəri olan Marseldə meşə yanğınları səngimək bilmir. Alovun artıq yaşayış zonalarına yaxınlaşdığı bildirilir. Yanğının sürətlə yayılmasına güclü küləklər səbəb olub.
Bu barədə Trend “Euronews” telekanalına istinadən məlumat verir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, sürətlə yayılan meşə yanğınında artıq 100-dən çox insan yaralanıb. Hələlik ölüm faktının qeydə alınmadığı bildirilir.
Fransa daxili işlər naziri Brüno Retayyounun sözlərinə görə, hadisə yerinə təxminən 800 yanğınsöndürən cəlb olunub. Alovun pik vaxtında dəqiqədə 1,2 kilometr sürətlə yayıldığını qeyd olunur.