...

Ağdam-Füzuli yolunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlandı

Cəmiyyət Materials 9 İyul 2025 10:58 (UTC +04:00)
Ağdam-Füzuli yolunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

09.07.2025-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

"Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti