...

Livanda "Hizbullah" komandiri zərərsizləşdirildi

Dünya xəbərləri Materials 9 İyul 2025 14:12 (UTC +04:00)
Livanda "Hizbullah" komandiri zərərsizləşdirildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Livanın cənubunda həyata keçirdiyi dron hücumu nəticəsində "Hizbullah"ın yüksək vəzifəli komandirlərindən birini zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, aviahücumda Livanın cənubunda yerləşən Babliyə qəsəbəsi hədəfə alınıb. Öldürülən "Hizbullah" komandirinin Bədr bölməsinin Zəhrani Atıcı Qüvvələrinin komandiri Hüseyn Əli Muzhir olduğu deyilir.

İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, Muzhir bu yaxınlarda İsrail ərazisinə raketlərin buraxılmasında əlaqələndirmə işləri aparıb və "Hizbullah"ın Livanın cənubunda artilleriya potensialının bərpası istiqamətində fəaliyyət göstərib.

"Hizbullah" hələlik faktı təsdiqləməyib.

Livanın Səhiyyə Nazirliyi Babliyəyə endirilmiş dron zərbəsi nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti