...

Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub

İqtisadiyyat Materials 9 İyul 2025 14:31 (UTC +04:00)
Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında sahibkarlar üçün geniş imkanlar yaradılıb. Şəhər və rayonlarda olan mövcud tikililər, müraciətlər əsasında qanunvericiliyə uyğun olaraq sahibkarlara icarəyə verilir. İndiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 474 obyekt sahibkara icarəyə verilib. Bölgədə müxtəlif təyinatlı obyektlər fəaliyyətə başlayıb. Digərlərində isə investorlar tərəfindən fəaliyyətə hazırlıq işləri gedir. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 45.5 milyon manata yaxın investisiyanın reallaşdırılması baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

S.Qəhrəmanovun sözlərinə görə, fəaliyyətə başlamış obyektlər üzrə 2 minə yaxın şəxs işlə təmin olunub:

"Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5 minə çatacaq. İqtisadi uğurların əldə edilməsində, dövlətin işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, işğaldan azad olunmuş ərazinin rezidentləri 2023- cü ilin yanvarın 1-dən etibarən 10 il müddətinə gəlir və əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediliblər. Bu təşviq mexanizmləri Qarabağın iqtisadiyyatının bərpası prosesinə yerli investorlarla yanaşı xarici investorların da cəlb edilməsinə şərait yaradır.

Bu baxımdan, işğaldan azad olunmuş ərazilərdə investisiya fəaliyyəti üçün yaradılmış əlverişli şərait və təşviq mexanizmləri haqda xarici investorların məlumatlandırılması istiqamətində xaricdəki diplomatik nümayəndəliklərlə birgə əməkdaşlıqda da maraqlıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti