Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində yeni kiçik su elektrik stansiyalarının tikintisinə sərf ediləcək vəsaitin həcmi məlum olub.
Trend-in məlumatına görə, Kəlbəcər Şəhər, Eyvazlı kiçik su elektrik stansiyalarının (KSES) tikintisi və yeni tikilən KSES-lərin enerjisistemə inteqrasiyası həyata keçiriləcək.
Belə ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə başlayıb.
ASC hazırda sözügedən işlərin icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda, ASC KSES-lərin tikintisinin 36 957 458 manata başa gələcəyini proqnozlaşdırıb.