Bakı. Trend:
Avropa ölkələri nüvə silahı əldə etməyə çalışmamalıdırlar. Əks halda, bu, dünya nizamını “cəngəllik qanununa” döndərəcək.
Trend xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə deyib.
“Əgər Avropa ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin pozulmasına “örnək” olsaydı, biz çox qısa müddətdə 20-30 ölkənin nüvə silahına malik olduğu bir dünyada oyanardıq. Belə ki, bu silahı yaratmaq potensialı Qərbi Avropanın bütün ərazisində, bir çox Asiya ölkələrində, həmçinin, Fars körfəzi dövlətlərində mövcuddur”, – deyə Qrossi bildirib.
“Belə olsaydı, biz cəngəllik qanunlarına qayıdardıq, hər kəs öz bildiyi kimi hərəkət edərdi. Bu halda nüvə yayındırıcılığı da işləməzdi və bu silahdan istifadə edilərdi”, – deyə o izah edib.