...

DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edib (VİDEO)

Cəmiyyət Materials 9 İyul 2025 11:39 (UTC +04:00)
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edib (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Dəfələrlə edilən xəbərdarlıqlara və intizam tədbirlərinə baxmayaraq, hələ də avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan sürücülərə rast gəlinir. Nəzərə alınmalıdır ki, belə olan halda ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar yolun hərəkət zolağında dayanmalı olur. Bu da sərnişinlərin və piyadaların həyatı üçün ciddi təhlükə yaradır.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, 5.12, yəni “Avtobusun dayanacaq yeri” nişanının tələbini pozan digər hərəkət iştirakçıları polis əməkdaşı tərəfindən vizual olaraq və ya xüsusi texniki vasitələrlə aşkarlandığı təqdirdə barələrində inzibati xəta protokolu tərtib edilir.

"Həmçinin, sürücülər onu da bilməlidirlər ki, dayanacaqlarda avtobusların normal hərəkətinə, sərnişinlərin rahat minib-düşməsini təmin etmək məqsədi ilə qeyd edilən nişanın qoyulduğu yerdən hər iki tərəfə 15 metrdən az olmamaqla yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və durması da qadağandır. Yaşayış məntəqələrində sürücülər dayanacaqdan hərəkətə başlayan avtobuslara yol verməli, avtobus sürücüləri isə yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlamalıdırlar", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti