...

Sumqayıtda quldurluq edən şəxs saxlanılıb

Hadisə Materials 9 İyul 2025 14:33 (UTC +04:00)
Sumqayıtda quldurluq edən şəxs saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.

Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti