...

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verildi

Cəmiyyət Materials 9 İyul 2025 12:36 (UTC +04:00)
İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verilib.

Trend xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ingilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti