...

"Real"ın təyyarəsi qasırğaya düşdü - İki saat eniş edə bilmədi

Dünya xəbərləri Materials 9 İyul 2025 10:13 (UTC +04:00)
"Real"ın təyyarəsi qasırğaya düşdü - İki saat eniş edə bilmədi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Madridin “Real” futbol klubunun futbolçularını daşıyan təyyarə güclü qasırğa ilə əlaqədar bir neçə saat ABŞ-nin Nyuark şəhər hava limanına enə bilməyib.

Trend xəbər verir ki, bu barədə “El Chiringuito” X sosial şəbəkəsində yazır.

Dispetçerlər iki saat ərzində hava laynerinin eniş etməsinə icazə verməyib və buna görə Madrid klubu baş məşqçi Xabi Alonsonun mətbuat konfransını ləğv etmək məcburiyyətində qalıb.

Məsələyə FIFA qarışmalı olub. Beynəlxalq futbol federasiyası təyyarənin ən qısa zamanda eniş etməsinə vasitəçilik etməyə çalışıb.

Qeyd edək ki, bu gün (iyulun 9-da) “Real” klublar üzrə dünya çempionatının yarımfinal mərhələsində Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxı ilə 23:00-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti