...

Bərgüşadçay su anbarının tikintisi 61 milyon manata başa gələcək

İqtisadiyyat Materials 9 İyul 2025 11:09 (UTC +04:00)
Bərgüşadçay su anbarının tikintisi 61 milyon manata başa gələcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bərgüşadçay su anbarının tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda, qurum su anbarın tikintisinin 60 873 606 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanıb. Bərgüşadçay su anbarının 67 milyon kubmetr həcmində olması nəzərdə tutulur. Bu layihənin icrası Laçın, Qubadlı, Zəngilan və digər rayonların həm suvarma, həm də içməli su ilə təminatına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti