...

Azərbaycanda su kəmərlərinin 2 min kilometrə yaxın hissəsinin dəyişdirilməyə ehtiyacı var

İqtisadiyyat Materials 9 İyul 2025 11:02 (UTC +04:00)
Azərbaycanda su kəmərlərinin 2 min kilometrə yaxın hissəsinin dəyişdirilməyə ehtiyacı var
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda istismar olunan su kəmərlərinin uzunluğu 24,215 min kilometr olub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu su kəmərlərinin 1,747 min kilometr hissəsi dəyişdirilməyə ehtiyacı olan su kəmərlərinin payına düşür.

Həmçinin, su kəmərlərinin sutka ərzində müəyyən edilmiş istehsal gücü 2,304 milyon kubmetr olub.

Azərbaycanda istismar olunan su kəmərlərinin böyük hissəsi (7,458 min kilometr) Bakı şəhərinin payına düşür. Bakıdakı su kəmərlərinin isə 714,3 kilometr hissəsinin dəyişdirilməyə ehtiyacı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti