Bakı.Trend:
Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 9799 manat pul, 4580 manat dəyərində noutbuk və müşahidə kamerası oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı M.Rəhimov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhəri ərazisində də oğurluq hadisəsi qeydə alınıb. Bir evdən 4000 manat pul və 6780 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı C.Cabbarov və 34 yaşlı A.Qasımova saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.