...

84 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib

Hadisə Materials 9 İyul 2025 10:24 (UTC +04:00)
84 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

84004 dollar vəsaiti ölkədən çıxaran şirkət barədə tərtib edilmiş protokol təsdiq edilib.

Trend-in məlumatına görə, sözügedən məbləğdə vəsait şirkət tərəfindən 12 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.

Lakin ödənişin aparıldığı tarixdən iki il müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 84004.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 16800,8 ABŞ cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti