Bakı. Trend:
08.07.2025-ci il tarixində saat 02:50 radələrində 4 nəfər ( kişi cinsli) yol-nəqliyyat hadisəsi nəticəsində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator
müalicə üçün evə buraxılıb.
1 nəfər şəxsin isə vəziyyəti ağır olduğu üçün göstərilən
reanimasiyon tədbirlərə baxmayaraq, 09.07.2025-ci il tarixində saat
03:50-də ölüm faktı qeydə alınıb",- deyə əlavə edilib.
Qeyd edək ki, Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.