...

ABŞ Energetika Nazirliyi Azərbaycanda 2026-cı ildə neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 9 İyul 2025 10:25 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi Azərbaycanda 2026-cı ildə neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) proqnozuna əsasən, 2026-cı ildə Azərbaycan neft hasilatı günlük 0,54 milyon barrel təşkil edəcək.

Trend xəbər verir ki, Azərbaycanda xam neftin hasilat həcmi ilə bağlı proqnozlar əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişilməz olaraq qalıb.

Gözləntilərə əsasən, 2026-cı ildə hasilat birinci rübdə günə 0,55 milyon barrel səviyyəsində başlayacaq və ikinci rübdə günə 0,54 milyon barrelə qədər azalacaq, üçüncü və dördüncü rüblərdə isə bu göstərici gündəlik 0,53 milyon barrelə enəcək.

2025-ci ildə EIA gündəlik orta hasilatın 0,57 milyon barrel səviyyəsində olacağını proqnozlaşdırır. Bu göstəricinin ilin birinci və ikinci rübündə əldə edildiyi qiymətləndirilir, lakin ilin ikinci yarısında xəfif - gündəlik 0,56 milyon barrelə qədər azalma gözlənilir.

Yanvar–aprel ayları üzrə operativ məlumatlara əsasən, kondensatla birlikdə neft hasilatı 9,1 milyon ton təşkil edib, ixrac isə 7,8 milyon ton olub. Eyni dövrdə 16,7 milyard kubmetr qaz hasil olunub, bunun 8 milyard kubmetri ixraca yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti