Bakı. Trend:
Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri və Manisadan olan millət vəkili Özgür Özəl, İYİ Partiyası fraksiyasının sədr müavini və Balıkesir millət vəkili Turhan Çömez, həmçinin CHP-nin İstanbul millət vəkili Turan Taşkın Özerə aid toxunulmazlığın ləğvi ilə bağlı vəsatətlər Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrliyinə təqdim olunub.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayılıb.
Məlumata görə, Məclis Sədrliyi tərəfindən “Qanunverici Toxunulmazlığın Ləğv Edilməsi Haqqında” vəsatətlər Konstitusiya və Ədliyyə Komissiyası üzvlərindən ibarət Birləşmiş Komissiyaya göndərilib.
Qeyd edək ki, bundan əvvəl Ankara Respublika Prokurorluğu CHP sədri Özgür Özəl haqqında istintaq başladıb.
O, ictimaiyyət qarşısında cinayətə təhrik və vəzifəli şəxsləri təhqir və hədələmə kimi ittihamlar üzrə istintaqa cəlb olunub.