...

İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü

Dünya xəbərləri Materials 9 İyul 2025 02:34 (UTC +04:00)

Bakı. Trend:

İsrail Müdafiə Ordusu HƏMAS hərəkatının komandirlərindən biri Mehran Mustafa Bacuru məhv edib.

Trend xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

Bildirilir ki, o, Livanın paytaxtı Tripolidə içərisində olduğu avtomobilə endirilən dron zərbəsi ilə öldürülüb.

Qeyd edilir ki, Bacur uzun illər ərzində İsrail ərazilərinin atəşə tutulmasına rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti