...

Azərbaycanda yeni kiçik su elektrik stansiyaları tikiləcək - 55,2 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 9 İyul 2025 11:17 (UTC +04:00)
Azərbaycanda yeni kiçik su elektrik stansiyaları tikiləcək - 55,2 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qoşasu, Seyidlər, Bülövlü kiçik su elektrik stansiyalarının (KSES) tikintisinə sərf olunacaq vəsaitin həcmi müəyyənləşib.

Trend-in məlumatına görə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə başlayıb.

ASC hazırda KSES-ləri inşa edəcək şirkət axtarışındadır.

KSES-lərin tikintisinin 55 167 900 manata başa gələcəyini ehtimal edilir.

Qeyd edək ki, kiçik su elektrik stansiyaları (KSES) suyun axın enerjisindən istifadə edərək elektrik enerjisi istehsal edən, adətən 1–10 meqavat (MW) gücə malik olan kiçik həcmli elektrik stansiyalarıdır.

Xəbər lenti

Xəbər lenti